Hindistanın ümumi ixracı 30 milyard dollar dəyərində azala bilər.
KONKRET.az “Business Standard” qəzetinə istinadən yazır ki, buna səbəb Yəməndəki Husi üsyançılarının “Ənsar Allah” yaraqlı qruplaşmasının ticarət gəmilərinə raket hücumlarının artmasıdır.
İnkişaf etməkdə olan Ölkələr üçün Araşdırma və İnformasiya Sisteminin (RISDC) baş direktoru Saçin Çaturvedi Asiya ölkəsi üçün ciddi problemləri proqnozlaşdırıb.
Həmin proqnozlarda bildirilir ki, Qırmızı dənizdə geosiyasi gərginliyin artması nəticəsində martın 31-də başa çatan 2023-24-cü maliyyə ilində Hindistanın ticarəti 6,7 faiz azala bilər. Ötən maliyyə ilinin sonunda Asiya ölkəsinin ticarət potensialı 451 milyard dollar həcmində qiymətləndirilib.
Ekspertlər hesab edir ki, Asiya ölkəsində ticarətin azalmasının əsas səbəblərindən biri konteyner daşımalarında tariflərin artırılmasıdır.
Natiq Səlim,
KONKRET.az
