DƏHŞƏT: Tehran alovlara büründü – Ölənlər və yaralananlar varbackend

DƏHŞƏT: Tehran alovlara büründü - Ölənlər və yaralananlar var

Tehranda yerləşən ticarət mərkəzində baş verən yanğın nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb, daha 26 nəfər isə xəsarət alıb.

KONKRET.az xəbər verir ki, hadisə dünən Tehranın qərbində, Şəhriyar rayonunda yerləşən “Arqavan” ticarət mərkəzində baş verib.

Hadisə yerinə cəlb olunan yanğınsöndürənlər bir neçə saat ərzində yanğının söndürülməsi işlərini həyata keçiriblər.

Son rəsmi məlumatlara görə, yanğın nəticəsində 11 nəfər həyatını itirib, daha 26 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yanğının başvermə səbəbləri araşdırılır.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*