DƏHŞƏTLİ CİNAYƏT: 15 xəstəni öldürən həkim həbs edildibackend

DƏHŞƏTLİ CİNAYƏT: 15 xəstəni öldürən həkim həbs edildi

Almaniyanın Berlin şəhərində baxım mərkəzində işləyən həkim ən azı 15 xəstəni öldürməkdə günahlandırılıb.

KONKRET.az xəbər verir ki, avqust ayından bəri himayəsində olan xəstələrə ölümcül dərmanlar verməkdə şübhəli bilinən 40 yaşlı həkim artıq həbs olunub.

Prokurorluqdan verilən açıqlamada bildirilib ki, həkim xəstələrə onların xəbəri və razılığı olmadan dərmanlar verib.

Bildirilib ki, həkim xəstələrin mənzillərini yandıraraq hadisəni ört-basdır etməyə çalışıb.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*