Dəhşətli qəza: Səkkizi uşaq olmaqla azı 22 nəfər öldü – FOTObackend

Dəhşətli qəza: Səkkizi uşaq olmaqla azı 22 nəfər öldü - FOTO

Hindistanın Uttarakxand ştatında dəhşətli qəza baş verib.

Zəvvarları daşıyan qoşqulu traktor yol kənarındakı gölməçəyə aşıb. Nəticədə səkkizi uşaq olmaqla azı 22 nəfər ölüb.

KONKRET.az xəbər verir ki, bu barədə yerli administrasiyanın nümayəndəsi Radjiv Aqraval məlumat verib.

Hadisə Kascanq kəndi yaxınlığında baş verib. İlkin məlumata görə, traktorun sürücüsü qarşı istiqamətdə hərəkət edən avtomobillə toqquşmaqdan yayınmağa çalışıb, nəticədə yoldan çıxaraq qoşqu ilə birlikdə yol kənarındakı gölməçəyə yuvarlanıb.

“Mövcud məlumatlara görə, 22 nəfər ölüb, 5 nəfər yerli xəstəxanalardadır, 2 nəfər artıq evə buraxılıb. Təxminən 10 nəfər yaralanıb”, – deyə Aqraval jurnalistlərə bildirib.

Məlumata görə, zəvvarlar yerli dini bayram münasibətilə Haridvar şəhərinə gedirmişlər. Onlar hindular üçün müqəddəs sayılan Qanq çayının sularına girməyi planlaşdırıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*