Dekabrın 25-dək 929 min 760 hektar ərazidə taxıl əkilibbackend

Dekabrın 25-dək 929 min 760 hektar ərazidə taxıl əkilib

Ötən il üçün Azərbaycanda 1 milyon 37 min 507 hektar sahədə payızlıq əkin aparılması proqnozlaşdırılmışdı. Bu sahələrin 564 mDekabrın 25-dək 929 min 760 hektar ərazidə taxıl əkilib

Bu sahələrin 564 min 793 hektarı suvarılan, 472 min 714 hektarı dəmyə sahələrdir. Bütövlükdə 2020-ci ildə 61 rayonda və Naxçıvan Muxtar Respublikasında payızlıq əkin həyata keçirilib.

KONKRET.az xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb. Məlumatda deyilir ki, dekabrın 25-dək proqnozlaşdırılan əkin sahələrinin 95,9 faizində faktiki şum aparılıb, 929 min 760,3 hektar sahədə isə səpin işləri həyata keçirilib. Cari tarixədək fermerlər tərəfindən 574 min 383,4 hektar sahədə buğda, 355 min 376,9 hektar sahədə arpa səpilib. Əvvəlki illərdən fərqli olaraq fermerlər əkin zamanı sertifikatlı toxum səpməyə üstünlük verirlər. Sertifikatlı toxumdan istifadə məhsuldarlığın əsas amillərindən biri hesab olunur. Bu günədək səpin prosesində 139 min 148,7 ton sertifikatlı toxumdan istifadə olunub ki, bunun da 99 min 137,2 tonu buğda, 40 min 11,5 tonunu isə arpa toxumu təşkil edir. Dekabrın 25-dək 929 min 760 hektar ərazidə taxıl əkilib.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*