Deputat Elmar Məmmədyarovu tənqid etdi: “Təəssüf ki…”backend

Deputat Elmar Məmmədyarovu tənqid etdi: “Təəssüf ki...”

“Ermənistan XİN başçısının o cür bəyanatından sonra Azərbaycan XİN-in bəyanatında sərt ritorikanın şahidi olmaq istərdik. Təəssüf ki, Azərbaycan XİN-in bəyanatında ritorik sual qoyulur ki, Ermənistanın xarici işlər naziri utanmır. Əlbəttə, utanmır. Utanan adamın siyasətdə nə işi var? Siyasət utananlar üçün deyil”.

KONKRET.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Cavanşirin Feyziyev deyib.

“Bu məntiqlə belə çıxır ki, bizim xarici siyasət idarəmiz utanır. Biz bu ətalətdən və təkrarçılıqdan yaxa qurtarmayınca, danışıqların heç bir nəticəsi olmayacaq və Ermənistan da bu vəziyyətdən sui-istifadə edərək status-kvonu qorumağa çalışacaq. Ermənistan xarici siyasətinin bu həyasızlığı qarşısında Azərbaycan diplomatiyasının, XİN-in verdiyi reaksiyalardan çıxan qənaət budur: haqlı olduğumuz halda sanki haqsız kimi görünürük, hücum etmək əvəzinə sanki müdafiə olunuruq” – C.Feyziyev qeyd edib.

Modern.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*