backend

Deputat əsəbiləşdi: "Guya mən seçicilərə siqaret paylayıram ki, görüşə gəlsinlər"

KONKRET.az xəbər verir ki, sabiq millət vəkili Fazil Mustafa onun haqqında yayılan dezinformasiyalara münasibətini açıqlayıb. O, özünün facebook səhifəsində saxta məlumatlar yayan jurnalistləri qınayıb:

“Xəbər budur e…Azərbaycan jurnalistikasının etibarını belə zədələyirlər. Yazıblar ki, Fazil Mustafa seçicilərə 5 manat pul və siqaret paylayıb ki, görüşə gəlsinlər. Maraqlıdır ki, qarşıma əlində siqaret çıxan ərkim çatan hər bir kəsin siqaretini alıb çöplüyə atıram ki, Allahın verdiyi vücudu niyə məhv edirsən? Oliqarx da deyiləm ki, bir görüş üçün pul da xərcləyim. Bari yazın ki, kitab paylayıb, seçiciləri şirnikləndirib. Yeri gəlmişkən, yeni kitabım çap ərəfəsindədir, yetişə bilsə seçkilər dövründə böyük bir məkanda, bəlkə də açıq havada seçicilər üçün imza mərasimi keçirib, görüşə gələnlərə kitabımı bağışlayacağam. Mənə kitablarıma, əsərlərimə, düşüncələrəmə görə dəyər verən insanlara sevgim və sayğım fərqlidir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*