Millət vəkili Anar Məmmədov Milli Məclisdən kirayə pulu alması barədə yayılan xəbərlərə təkzib edib.
KONKRET.az xəbər verir ki, bu barədə bizim.media-ya açıqlamasında deputatın köməkçisi bildirib.
Kirayədə qalan deputatların adları MƏLUM OLDU
Xanım köməkçi qeyd edib ki, Anar Məmmədov Bakıda kirayədə qalmır və Milli Məclisdən də kirayə pulu almır.
O, həmçinin bu cür həssas mövzularda medianı daha diqqətli olmağa səsləyib.
“Yaxşı olardı ki, bu cür xəbərlər dəqiqləşdirildikdən sonra tirajlansın. Əsassız xəbərləri yaymaq qeyri etikdir”.
