Deputatın maşınını polisin üzərinə sürdülər – VİDEObackend

Deputatın maşınını polisin üzərinə sürdülər - VİDEO

CHP-li millət vəkilinin sürücüsü maşını polis əməkdaşının üzərinə sürüb.

KONKRET.az xəbər verir ki, Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) Ankara millət vəkili Adnan Bekerin sürücüsü polis tərəfindən verilən “dayan” əmrinə tabe olmayaraq avtomobili polis əməkdaşının üzərinə sürüb.

Hadisə nəticəsində polis əməkdaşı xəsarət alaraq xəstəxanaya yerləşdirilib və hadisəni törədən sürücüdən rəsmi şəkildə şikayətçi olub.

Məsələ ilə bağlı açıqlama verən Adnan Beker şəxsi “X” (keçmiş Twitter) hesabında baş verənlərlə bağlı video paylaşıb və öz mövqeyini bildirib. O, məsələnin ictimaiyyət qarşısında məqsədli şəkildə təhrif olunduğunu deyərək, bunun bir təxribat olduğunu vurğulayıb.

“Biz nə kiməsə zərər verərik, nə də polisimizin hüququnu tapdalayarıq. Amma heç kimə də xalqın hüququnu tapdalamağa icazə vermərik”, – deyə Beker bildirib.

Natiq Səlim

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*