Məhəmməd Əli əslində bir tütün alverçisi idi. Amma həyatının müəyyən dönəmində dağılmış bir ordunun komandanı, daha sonra isə bir ölkənin lideri olmaqla Misirdə başgicəlləndirici karyera yaşadı. Böyük islahatlar həyata keçirmək üçün 1811-ci ilin martında o, öz əsgərlərini Məmlüklərə göndərdi.
Məhəmməd Əlinin (təxminən 1769 – 1849) anadan olduğu vaxtda heç nə onun uzun illər sonra İslam dünyasında ilk uğurlu islahatlar erasına başlayacağını xəbər vermirdi. Ancaq ola bilsin ki, zəngin həyat təcrübəsi ona köhnəlmiş dini streotiplərdən qırılmağa və bir çox dəyərsiz ənənələri bir kənara atmağa imkan verdi. Onun bu şücaətinə ədalət və kinsizlik əlavə güc verdi. O, hətta İntibah İtaliyasında bəzi muzdlu komandirini belə yüz xal qabaqlaya bilərdi.

Məhəmməd Əli təxminən 1769-cu ildə Yunanıstanın şimalındakı Kavala şəhərində anadan olub. O zaman orada türklər ölkəni ələ keçirməsindən sonra bölgəyə gələn çoxsaylı albanlar yaşayırdı. Çoxları İslamı qəbul edərək Osmanlılara məmur və ya əsgər kimi xidmət edirdi. Məhəmməd Əlinin atası nizamsız qoşunların komandiri idi və buna görə də imtiyazlı vətəndaşlara mənsub idi.
Xidmətdən əlavə, sonradan oğlunun davam etdirəcəyi tütün satışı şəbəkəsi qurmuşdu. Bəlkə də buna gənc Məhəmməd orta məktəb təhsilindən imtina edərək ticarətlə məşğul oldu. Amma bir müddət sonra tacir həyatı Məhəmməd Əliyə çox darıxdırıcı göründü. Yaşı 30-dan çox olmasına baxmayaraq, atasının birinci peşəsi olan hərbi sənətlə məşğul olmaq qərarına gəldi.
1798-ci ildə general Bonapart Misiri fəth etdi. Lakin tezliklə Fransaya qayıtdı və burada dövlət çevrilişi ilə özünü Fransa Respublikasının rəhbəri elan etdi. 1801-ci ildə Osmanlı Sultanı III Səlim Böyük Britaniya ilə ittifaqda qalan fransız qoşunlarını Misirdən çıxarmaq üçün ordu topladı. Bu məqsədlə Kavalidən 300 əsgərdən ibarət kontingent də cəlb edildi. Bunlar məşhur “başi-bozuklar” idi.
“Başi-bozuklar” çar Rusiyasındakı kazaklar kimi, hərbi qaydalara riayət etmədən fəaliyyət göstərən, xidmətlərinə görə çox az və ya heç nə almayan nizamsız dəstələr idi. “Başi-bozuklar” qarət etməklə çörəklərini qazanırdılar. Onların heç bir nizam-intizama tabe olmamalarına baxmayaraq, hökmdarlar onlardan üsyançılara qarşı həvəslə istifadə edirdilər. Çünki onların zahiri görünüşü terroru ruhlandırırdı.
Əvvəlcə Məhəmmədin əmisi oğlu kaval dəstəsinin komandiri olsa da, tezliklə yerini Məhəmməd Əliyə verdi. Onun rəhbərliyi altında yayda Qahirə zəbt edildi. Lakin döyüşlər bununla da dayanmadı. Osmanlılar Misir üzərində öz təsirlərini gücləndirməyə başlayarkən, məmlüklər Napoleon qoşunlarının basqınından əvvəl ölkədə tutduqları imtiyazlı mövqeyi geri qaytarmaq istəyirdilər.
Osmanlıların yeniçəriləri kimi, məmlüklər də əvvəlcə Avrasiyanın çöl hissəsində satın alınan qul döyüşçüləri idi. Lakin XIII əsrdə onlar praktiki olaraq Misirin hökmdarları oldular. Sultan I Səlim 1517-ci ildə Misiri öz imperiyasına birləşdirdikdən sonra da onlar öz muxtariyyətlərini böyük ölçüdə saxlaya bildilər.
Hakimiyyət uğrunda mübarizədə Məhəmməd Əli diqqətəlayiq siyasi uzaqgörənlik nümayiş etdirdi və həmişə düzgün oyun qurdu. O, Misirdəki bütün “başı-bozuqlar”ın sərkərdə müavini vəzifəsinə qədər yüksəldi. Onlarla birlikdə valiyə, yəni baş komandana qarşı üsyan etdi. Və sonda o, Məmlüklərlə ittifaq bağladı.
1805-ci ildə Sultan Məhəmməd Əlini Misirə Osmanlı valisi təyin etdi. Yeni vəzifəsində o, 1807-ci ildə İsgəndəriyyəyə enən İngilis ekspedisiya qüvvələrinə qarşı mübarizədə yenidən məmlüklərlə pakt bağladı. Ən yaxşı komandirlərin başçılığı ilə 6000 ingilis silahı atıb qaçdı.
İngilislərə və fransızlara qarşı döyüşdə uğurlar qazanan Məhəmməd Əli müasir, yaxşı təlim keçmiş və təchiz edilmiş nizami ordunun döyüş qabiliyyətini dərk edirdi. Bu və digər müsbət keyfiyyətləri onu Sultan III Səlimlə qohum etdi. Bundan sonra o, da öz ordusunda Qərb modeli üzrə islahatlar aparmağa başladı. Bunun üçün 1808-ci ildə imperiyadakı imtiyazlı mövqelərindən qorxan yeniçərilər tərəfindən ciddi təhdidlərə məruz qaldı.
Bu zaman Məhəmməd Əli nəhayət modernləşməyə başladı və inzibati sistemdə, iqtisadiyyatda və orduda genişmiqyaslı islahatlar apardı. Məmlükləri tamamilə yox etmək üçün 1811-ci il martın 1-də onların rəhbərlərini Qahirə qalasında ziyafətə dəvət etdi. Ziyafət zamanı o, alban əsgərlərinə məmlükləri qırmağı əmr etdi. Nəticədə təkcə qalada 500 məmlüklü öldürüldü. Bundan sonra məmlüklərin əsl ovu başladı. Və Məhəmməd Əli öz əsgərlərinə qeyri-müəyyən müddətə qədər məmlük ailələrini soymağa və hətta zorlamağa icazə verdi.
Bu isə Məhəmməd Əlinin nüfuzuna ciddi zərbə oldu. Müsəlman birliklərin və güclərin təsiri ilə bu hadisədən sonra onun mövqeyi zəiflədi. Mövqelərini möhkəmləndirmək üçün Məhəmməd Əli İstanbulun Ərəbistan yarımadasındakı üsyanı yatırmağa kömək çağırışına həvəslə cavab verdi. Bu, həm də Məhəmməd Əliyə bir daşla iki quş vurmaq imkanı qazandırdı.
Birincisi, o, Məhəmməd ibn Səudu məğlub etdi və nəticədə Sultan II Mahmud üçün təhlükəni dayandırdı.
İkincisi, Misir qoşunları o qədər ağır itki verdilər ki, bu da Məhəmməd Əlinin ən mühüm layihəsini – müasir ordunun yaradılmasını həyata keçirməsinə yol açdı.
Fransız təlimatçılarının köməyi ilə o, 200 min nəfərlik nizami ordu yaratdı. Bunun sayəsində Məhəmməd Əli Sudanı tutmağa və yunanların müstəqillik uğrunda mübarizəsini praktiki olaraq yatırmağa nail oldu. Lakin, sonradan Yunanıstana İngiltərə, Fransa və Rusiya kimi böyük dövlətlər kömək etdi. Nəticədə, yunanlar 1827-ci ildə Navarino döyüşündə Osmanlı donanmasını darmadağın etdilər.
Artıq Məhəmməd Əli özünü Fələstini və Suriyanı işğal edəcək, hətta Anadoluya hücum edəcək qədər güclü hiss edirdi. Yalnız 1840-cı ildə İngiltərə, Fransa, Rusiya və Avstriyanın müdaxiləsi sayəsində Osmanlı hökuməti güclü vassalının geri çəkilməsini təmin edə bildi. Məhəmməd Əli bəzi iddialarını reallaşdıra bilməsə də onun nəsli 1953-cü ilə qədər Misir taxtında qaldı.
Berthold Şeevald, “Die Welt” nəşri, Almaniya. 13 mart 2022.
Tərcümə etdi: Lətif.A,
KONKRET.az.
