Türkiyədə qazi Əhməd Gür maddi çətinliklər səbəbilə böyük sevgi ilə bağlı olduğu avtomobilini satmaq məcburiyyətində qalıb.
KONKRET.az xəbər verir ki, bu vəziyyəti öyrənən qazinin yaşadığı Adananın Feke rayonunun icra başçısı (kaymakam) Feyza Yılmaz hamını duyğulandıran nümunəvi bir addım atıb.
Avtomobilin kimə satıldığını müəyyənləşdirən məmur onu yeni sahibindən satın alaraq qazi Əhməd Gürə qaytarıb.
Həyatının ən unudulmaz və duyğulu anlarından birini yaşayan Ə.Gür İcra Hakimiyyətinin qarşısında mərhum sənətçi Fərdi Tayfurun “Hatıran yeter” mahnısını səsləndirərək sevincini və hisslərini ifadə edib.
Bu anlar izləyən hər kəsi duyğulandırıb.
Qeyd edək ki, Ə.Gür terrorçularla mübarizədə ağır xəsarət alıb. Terrorçuların kustar üsulla hazırladığı partlayıcının işə düşməsi nəticəsində o, hər iki gözünü itirib./yenisabah


Halal olsun icra başçısı olan xanıma.Bizim başçılar maşını gerib almağı yox,əksinə o qaziləri bezdirib intihara sövq etdirməklə məşöul olurlar.
Kaski bizdə də belə qayda qanun olaydı insanlarımıza belə yüksək dəyər veriləydi
Xəbər başlığını görəndə özüm özümə dedim ki, bu azərbaycanda olmayıb. 😂