Paşinyan Şahin Mustafayevin Ermənistana səfərini “tarixi hadisə” adlandırdıbackend

Paşinyan Şahin Mustafayevin Ermənistana səfərini “tarixi hadisə” adlandırdı

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin Ermənistana səfərini sülh prosesi baxımından mühüm hadisə kimi qiymətləndirib.

KONKRET.az xəbər verir ki, Paşinyan iki ölkənin baş nazirlərinin müavinlərinin qarşılıqlı səfərlərini “tarixi hadisə” adlandırıb.

“Hesab edirəm ki, çox mühüm hadisə baş verib. İki ölkənin baş nazirlərinin müavinlərinin səfərlərini sülh prosesi və onun institusionallaşması məntiqində tarixi səfərlər kimi qiymətləndirirəm. Bu mərhələyə çatdığımız üçün şadam”, – deyə Nikol Paşinyan bildirib.

Qeyd edək ki, Azərbaycan nümayəndə heyəti Baş nazirin müavini Şahin Mustafayevin rəhbərliyi ilə Ermənistana səfər edib.

Səfər Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası üzrə hökumətlərarası komissiyanın işi çərçivəsində baş tutub.

Rəsmiyyə Şərifova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*