Çaxoyan Karapetyanı hədəfə aldı: “Qarabağı fərarilər sülaləsinin hesabına qaytaracaq?”backend

Çaxoyan Karapetyanı hədəfə aldı: “Qarabağı fərarilər sülaləsinin hesabına qaytaracaq?”

Ermənistan Baş naziri Nikol Paşinyanın müşaviri Taron Çaxoyan “Güclü Ermənistan” partiyasının lideri, Kaluqalı iş adamı Samvel Karapetyanı sərt tənqid edib.

KONKRET.az xəbər verir ki, Çaxoyan Karapetyanın Qarabağla bağlı vədlərinə istehza ilə reaksiya verib.

O bildirib ki, Qarabağı qaytarmaqdan danışan Kaluqalı oliqarxın bunu kimin hesabına edəcəyi sual doğurur.

“Kaluqalı oliqarx Qarabağı kimin hesabına qaytaracağını vəd edir? Fərarilər sülaləsinin hesabına?” – deyə Taron Çaxoyan bildirib.

Onun bu açıqlaması Ermənistanda seçkiqabağı siyasi gərginlik fonunda səslənib.

Qeyd edək ki, son vaxtlar Ermənistan hakimiyyəti ilə Samvel Karapetyan ətrafındakı siyasi qüvvələr arasında qarşıdurma daha da kəskinləşib. Hakimiyyətə yaxın dairələr Karapetyanı populist bəyanatlar verməkdə və seçki prosesinə təsir göstərməyə çalışmaqda ittiham edirlər.

Karapetyanın tərəfdarları isə hökumətin ona qarşı siyasi təzyiq göstərdiyini bildirirlər.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*