Medvedev ABŞ-ı tənqid etdi: “Prezidentləri oğurlayan ölkə vasitəçi ola bilməz”backend

Medvedev ABŞ-ı tənqid etdi: “Prezidentləri oğurlayan ölkə vasitəçi ola bilməz”

Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev ABŞ-ın vasitəçilik rolunu tənqid edib.

KONKRET.az xəbər verir ki, Medvedev açıqlamasında Vaşinqtonun beynəlxalq münaqişələrdə effektiv vasitəçi kimi çıxış edə bilməyəcəyini bildirib.

Onun sözlərinə görə, “prezidentləri oğurlayan və münaqişələr başlayan ölkə” neytral və etibarlı vasitəçi hesab oluna bilməz.

Medvedev qeyd edib ki, ABŞ-ın xarici siyasət təcrübəsi onun sülh proseslərində obyektiv mövqe tuta biləcəyinə dair suallar yaradır.

Rusiya rəsmisi bu fikirləri Vaşinqtonun beynəlxalq böhranlarda vasitəçilik təşəbbüsləri fonunda səsləndirib.

Yeri gəlmişkən, Medvedevə xatırlatmaq yerinə düşər ki, Rusiyanın özü də münaqişəyə başlayan ölkədir. Bu baxımdan, Ukraynaya qarşı başladılan müharibə nümunəsi onun ittihamlarını daha mübahisəli edir.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*