DİM bu tarixdə onlayn sınaq imtahanı keçirəcəkbackend

DİM bu tarixdə onlayn sınaq imtahanı keçirəcək

Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanan “ProctorDİM” adlı xüsusi proqram təminatı vasitəsilə iyunun 30-da növbəti onlayn sınaq imtahanı keçiriləcək.

KONKRET.az APA-ya istinadən xəbər verir ki, yeni sınaq imtahanında 5 və 8 iyunda təqdim olunan test tapşırıqlarından istifadə olunacaq. Daha əvvəlki imtahanlarda iştirak edənlərin yeni imtahana yazılmasına icazə verilmir.

İmtahana aşağıda qeyd olunan vaxtda imtahanda iştirak etmək imkanı olan, həmçinin ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün Azərbaycan dili (dövlət dili kimi) imtahanını verməli olan şəxslərin yazılması tövsiyə olunur.

İmtahana yalnız hazırda 11-ci sinifdə oxuyan şagirdlər (abituriyentlər) yazıla bilərlər.

İmtahandan öncə kompüterinizdə proqramı istifadə edə bilmək üçün lazımi sistem tələbləri ilə verilən linkdə diqqətlə tanış olun. Əks halda imtahanı vermək mümkün olmayacaq.

İmtahanda iştirak ödənişsizdir.

İmtahana qeydiyyat 29 iyun saat 12:00-dək aparılır. İmtahanın iyunun 30-da saat 12:00‑da keçirilməsi nəzərdə tutulur. İmtahanda hələlik 1000 istifadəçinin iştirakı planlaşdırılır.

Onlayn sınaq imtahanında iştirak etmək istəyənlər Mərkəzin internet saytında “Şəxsi kabinet” açdıqdan (şəxsi kabineti olmayanlar) sonra verilən linkdə (https://eservices.dim.gov.az/elimt/BurSinaq) qeydiyyatdan keçməlidirlər.

İstifadəçilər, həmçinin “ProctorDİM” proqramını yükləyib kompüterlərinə quraşdırmalıdırlar (https://otk.az/ProctorDIM/ProctorDIM.zip).

Xatırladaq ki, proqramda bir çox təhlükəsizlik məsələləri nəzərə alınıb. Proqram işə salındığı andan etibarən istifadəçinin ekranı, eləcə də kamera vasitəsilə istifadəçinin özü video nəzarətə götürülür və bütün imtahan prosesi videoya çəkilərək mərkəzə ötürülür.

İstifadəçilərin imtahana daxil ola bilmələri üçün üztanıma proqramı vasitəsilə şəxsiyyətləri dəqiqləşdirilir.

Bundan əlavə, bütün imtahan prosesi nəzarətçilər tərəfindən onlayn izlənilir. İmtahan başa çatan kimi istifadəçi topladığı bal haqqında məlumat alır.

İmtahanda bəzi istifadəçilər üçün proqramı işə saldıqdan sonra açılan səhifədə 2 pəncərə olacaq. Bunlardan birində üztanıma və imtahan səhifəsi, digərində isə nəzarətçi ilə canlı bağlantı yarada bilmək üçün ZOOM proqramına qoşulma pəncərəsi yer alacaq. ZOOM pəncərəsi aktiv edilməyən istifadəçilər üztanıma prosesindən keçdikdən sonra imtahana başlaya bilərlər.

ZOOM səhifəsi açılarsa, həmin səhifədə ad və soyadınızı yazaraq nəzarətçi ilə canlı bağlantı yarada biləcəksiniz. ZOOM proqramında əvvəlcədən qeydiyyatdan keçməyiniz tələb olunmur.

Qeud edək ki, imtahan iştirakçıları proqram vasitəsilə Azərbaycan dilindən fərqli dildə təhsil alan 11-ci sinif şagirdlərinin verdiyi Azərbaycan dili (dövlət dili) imtahanını verirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*