DİM buraxılış imtahanının nəticəsini açıqlayacaq – 50 min şagirdin gözlədiyi CAVABbackend

DİM buraxılış imtahanının nəticəsini açıqlayacaq - 50 min şagirdin gözlədiyi CAVAB

Dövlət İmtahan Mərkəzi (DİM) martın 3-də tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirsə də, nəticələrin açıqlanması uzanır.

Bəs nəticələr nə vaxt açıqlanacaq?

DİM-dən KONKRET.az-a bildirilib ki, 3 mart 2024-cü il tarixində keçirilmiş buraxılış imtahanının nəticələrinin bu həftə ərzində elan olunması nəzərdə tutulur.

“Qeyd edək ki, imtahan nəticələri hazır olan kimi elan olunur, dəqiq vaxt demək mümkün deyil”, – mərkəzdən deyilib.

Xatırladaq ki, martın 3-də respublikanın 30 şəhər və rayonda 11-ci sinfi bu il bitirən 52 mindən çox şagird buraxılış imtahanı verib. İlk dəfə olaraq Ağdərə rayonunun Talış kənd tam orta məktəbində də buraxılış imtahanı keçirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*