“Sabah”ın baş məşqçisi “Milyonçu” yarışmasını qalibi olubmuşbackend

“Sabah”ın baş məşqçisi “Milyonçu” yarışmasını qalibi olubmuş

“Sabah”ı tarixində ilk dəfə UEFA Çempionlar Liqasının əsas mərhələsinə çıxaran litvalı baş məşqçi Valdas Dambrauskasın futbol karyerasına başlaması olduqca maraqlı tarixçəyə malikdir.

KONKRET.az xəbər verir ki, 2002-ci ildə, 25 yaşında olarkən Dambrauskas “Kim milyonçu olmaq istəyir?” televiziya proqramında iştirak edib və yarışmanın qalibi olaraq təxminən 120 min rubl qazanıb.

Həmin dövrdə bu məbləğ gənc litvalı üçün İngiltərəyə köçmək və orada təxminən bir ay yaşamaq üçün kifayət edib. Dambrauskas İngiltərədə olduğu müddətdə futbol məşqçiliyi ilə bağlı təhsil almağa başlayıb. O, məşqçilik akademiyasında təhsil keçməklə yanaşı, futbol sahəsində ilk ciddi təcrübəsini də qazanıb.

Litvalı mütəxəssis daha sonra “Mançester Yunayted”in uşaq komandalarında işləməyə başlayıb. Beləliklə, onun məşqçilik karyerasının təməli məhz İngiltərədə qoyulub. İllər sonra isə Dambrauskas Avropanın müxtəlif ölkələrində çalışaraq peşəkar məşqçi kimi formalaşıb və bir sıra klublarda baş məşqçi vəzifəsini tutub.

Onun karyerasının son uğurlarından biri isə Azərbaycan futbolu ilə bağlıdır. Dambrauskasın rəhbərlik etdiyi “Sabah” UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Hapoel Beer-Şeva”nı mübarizədən kənarlaşdıraraq tarixində ilk dəfə turnirin əsas mərhələsinə yüksəlib.

Beləliklə, 25 yaşında televiziya yarışmasında qazandığı pulla İngiltərəyə köçən Dambrauskasın məşqçilik yolunda “Mançester Yunayted”in akademiyası və müxtəlif Avropa klublarından keçən karyerası onu Azərbaycan futbolunun tarixi uğurlarından birinə gətirib çıxarıb.\\modern.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*