Maşın traktorun qoşqusuna çırpıldı – Xəsarət alan varbackend

Maşın traktorun qoşqusuna çırpıldı - Xəsarət alan var

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, hadisə rayonun Köhnə Qala kəndində qeydə alınıb.

İlkin məlumata görə, Mingəçevir şəhər sakini 1992-ci il təvəllüdlü Elzamin Heydərov idarə etdiyi “VAZ 2107” markalı avtomobil traktorun qoşqusuna çırpılıb.

Hadisə nəticəsində adıçəkilən sürücü müxtəlif bədən xəsarətləri ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma başlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*