DİM şagirdlərə müraciət etdibackend

DİM şagirdlərə müraciət etdi

Dövlət İmtahan Mərkəzi şagirdlərə müraciət edib.

DİM-in mətbuat xidmətindən KONKRET.az-a verilən xəbərə görə, Mərkəzin “Youtube” kanalına “vizuallaşdırılmış dərs”lərin yerləşdirilməsi davam edir. Bu layihə çərçivəsində buraxılış və qəbul imtahanı fənləri üzrə V sinifdən başlayaraq dərsliklərdə verilmiş materiallar mövzu-mövzu bir neçə dəqiqəlik “vizuallaşdırılmış dərs” formasında hazırlanır. Burada əsas anlayışlar, mövzu ilə bağlı izahlar, dərsin əsas məzmunu əks olunur.

Hazırlanmış materiallardan istifadə ödənişsizdir və mərhələ-mərhələ DİM-in “Youtube” kanalına yerləşdirilir.

Mərkəz orta ümumtəhsil müəssisələrində dərslərin mart ayının əvvəllərindən dayandırıldığını nəzərə alaraq şagirdlər üçün əlverişli olsun deyə, 2019-2020-ci ilin tədris planında 01.03.2020-ci il tarixindən sonrakı dövrə aid mövzular üzrə hazırlanmış “vizuallaşdırılmış dərs”lərin siyahısını (V-VII sinif) ayrıca təqdim edib.

  • Babək
    Mart 29, 2020 - 21:00

    Salam zəhmət olmasa Milli konservatoriyanın qəbul imtahanı nə vaxt keçiriləcək

  • Şahin Əliyev
    Mart 30, 2020 - 09:32

    Bəs bu il üçün nəzərdə tutulmuş qruplar üzrə imtahanlar nə vaxt keçiriləcək?

  • Adilə
    Mart 30, 2020 - 15:31

    9cu sinif buraxılış imtahanları nə zaman keçiriləcək?

Babək üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*