Yenə intensiv yağışlar yağacaq – Xəbərdarlıqbackend

Yenə intensiv yağışlar yağacaq - Xəbərdarlıq

Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında aprelin 27-si gündüzdən 28-i gündüzədək hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir.

Bu barədə KONKRET.aza Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*