DİN videodakı qadınların kimliyini AÇIQLADIbackend

DİN videodakı qadınların kimliyini AÇIQLADI

Bu gün sosial şəbəkələrdə avtomobil idarə edən qadının və 2 rəfiqəsinin polis postlarının birindən yoxlanılmadan keçmələrini əks etdirən görüntülər paylaşılıb.

DİN-dən KONKRET.az-a verilən məlumata görə, həmin görüntülər dərhal araşdırılıb və məlum olub ki, həmin sürücü İranə Əhmədova və 2 rəfiqəsi Mərdəkan qəsəbə sakinləridir.

O da müəyyən edilib ki, məsələ heç də qadınların videoda səsləndirdikləri kimi deyil. Onlar Mərdəkan qəsəbəsində yerləşən poçt şöbələrindən birinin əməkdaşlarıdırlar və icaze.e-gov.az portalında icazələri mövcuddur. Gündəlik olaraq həmin postdan keçdikləri üçün polis əməkdaşları onları tanıyırlar və bilirlər ki, poçt işçiləri olaraq onların sərbəst hərəkətinə icazə verilib. Odur ki, saxlamayıblar.

Həmin qadınlar Xəzər Rayon Polis İdarəsinə dəvət edilmiş və profilaktik söhbət aparılıb. Onlar bu hərəkətlərini sosial şəbəkə izləyiciləri arasında böyük nüfuza malik olduqlarını göstərmək üçün paylaşdıqlarını bildirmiş və bu əməllərindən peşman olduqlarını qeyd ediblər.

  • Omer
    İyun 26, 2020 - 23:26

    Rayon istiqametindede beledi. Men bas elete gedirdim buraxmadilar. En esasi polis hec sene qulaq asmir.men sakitce donub qayitdim. Amma onu deyimki menim qabagimca 7yerlik opel gedirdim. Ozude cemi ucun u sirada bir yer bow idi. Ona hec yoxlamadan el elediki kec.. Duzdu masini seriyasi 54 idi. Adam bele seyler agir gelir. Yasasin sehiyye iscilerimiz. Ugurlar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*