Qarabağ və Şərqi Zəngəzura səfər edən diplomatik korpusun nümayəndələri Kəlbəcərdə “İstisu” mineral su zavoduna baş çəkiblər.
KONKRET.az xəbər verir ki, diplomatik korpus üzvləri buradakı istehsal prosesi və iş şəraiti ilə tanış olublar.
Qeyd edək ki, zavodun açılışı 2024-cü il sentyabrın 2-də Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə baş tutub.
***
Qarabağ və Şərqi Zəngəzura səfər çərçivəsində diplomatik korpusun nümayəndələri sentyabrın 12-də Kəlbəcərə gəliblər.
KONKRET.az xəbər verir ki, diplomatlar dünya əhəmiyyətli memarlıq abidəsi olan Xudavəng monastır kompleksini ziyarət ediblər.
Qeyd edək ki, ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Azərbaycanın işğaldan azad olunan ərazilərinə səfərləri mütəmadi olaraq təşkil edilir.







