DİQQƏT: Koronavirus yeni yolla yoluxa bilərbackend

DİQQƏT: Koronavirus yeni yolla yoluxa bilər

İnsan SARS-CoV-2 koronavirusu digər pirimatlara ötürə bilər.

KONKRET.az xəbər verir ki, xəstəliyin yeni yayılma növünü mikrobioloq Arend de Haas müəyyən edib.

Mütəxəssis xatırladır ki, son 26 ildə dünyada yarasalarla yoluxan 6 infeksiya növü müşahidə edilib.

Müəllif qeyd edir ki, yarasalar və panqolinlər yeni növ koronavirusun – COVİD-19-un daşıyıcılarıdır.

“Müşahidələrə görə, insanlar və meymunlar arasında xəstəliyin ötürülməsi yüngül keçir. Meymunlar üzərində aparılmış tədqiqata görə, müəyyən edildi ki, sonuncular insan respirator viruslarına yoluxmağa daha həssasdılar” – müəllif qeyd edib.

Onun fikrincə, bu və digər primatlar, əsasən də oranqutanlar insandan SARS-CoV-2 virusuna yoluxa bilər.

Bu məqsədlə də ekspert insanlara heyvanların yaşadığı ərazilərə, milli parklara getməyin qadağan edilməsini məsləhət görür.

Mart ayında ABŞ-ın Luiziana Universiteti ürək-damar xəstəlikləri olan yaşlı insanlar üçün tövsiyə olunan angiotenzinçevirici fermentin inhibitorları və angiotenzin II-nin reseptor blokerlərinin qəbulu bu şəxslərdə SARS-CoV-2 koronavirusunun yoluxma ehtimalını artırdığını bildirmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*