“Yeni mövsümdə ilk rəsmi oyunumuzdur. Hazırlığımız yaxşı keçdi. Futbolçular tam olaraq idman formasında deyillər, amma yaxşılığa doğru gedirlər. İlk qarşılaşmada çatışmazlıqlar ola bilər. Çalışacağıq ki, sabah çox səliqəli oynayaq”.
KONKRET.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Linkoln”la (Cəbəllütariq) ilk oyunöncəsi mətbuat konfransında deyib.
