Direktorların işə qəbulu üzrə esse mərhələsi keçiriləcəkbackend

Direktorların işə qəbulu üzrə esse mərhələsi keçiriləcək

Oktyabrın 1-də şagird sayı 500-dən çox olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu üzrə müsabiqənin esse mərhələsi keçiriləcək.

Bu barədə KONKRET.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Esse mərhələsi Bakı və Sumqayıt şəhərlərində keçiriləcək. Bu barədə məlumat tezliklə namizədlərin şəxsi səhifələrinə göndəriləcək. Esse mərhələsində 1022 namizədin iştirakı nəzərdə tutulur.

Namizədlər https://miq.edu.az/direktorlar/qanun/esse.pdf linki vasitəsilə namizədin qiymətləndirmə meyarları ilə tanış ola bilərlər.

Bu mərhələdə mümkün 10 balın yarısını toplamış namizədlər müsahibə mərhələsində iştirak hüququ qazanacaqlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*