“Disko rəqqas”ın rejissoru rus aktyorlarla film çəkməyi TƏKLİF ETDİbackend

Disko rəqqas”ın rejissoru rus aktyorlarla film çəkməyi TƏKLİF ETDİ

Bollivud əfsanəsi, hindistanlı rejissor, ssenarist və prodüser Babbar Sübhaş yeni açıqlaması ilə gündəmə gəlib.  “Komandolar”, “Tarzanın sərgüzəştləri” və “Disko rəqqas”ın rejissoru olan Sübhaş rusiyalı aktyorların iştirakı ilə yeni musiqili film çəkməyə hazır olduğunu bildirib.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, o, bu barədə Mumbayda açılan Rusiya Film Festivalı çərçivəsində danışıb:

“Musiqili film üçün istənilən vaxt münasibdir. Rus aktyorları ilə yeni “Disko rəqqas” filmi çəkmək istərdim”.

Sübhaş qeyd edib ki, ona Mithun Çakraborti kimi yaraşıqlı və yaxşı rəqqas olan aktyor lazımdı.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*