Dizel və benzinlə işləyən avtomobillər yığışdırılır?backend

Dizel və benzinlə işləyən avtomobillər yığışdırılır?

Azərbaycanda daxili yanma mühərrikli minik avtomobilləri mərhələli istismardan çıxarılacaq. Bu, “Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası” sənədində əksini tapıb.

Bəs mərhələli elektrik avtomobillərinə keçid olarsa sürücülər hansı avtomobilə üstünlük verməlidirlər?

KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı Pravda.az-a açıqlama verən nəqliyyat eksperti Eldəniz Cəfərov deyib ki, bu strategiya o demək deyil ki, vətəndaşlar dizel və benzinlə işləyən avtomobillər almaqdan imtina etməlidirlər.

O bildirib ki, söhbət uzunmüddətli və mərhələli keçiddən gedir: “Vətəndaş avtomobil alarkən istifadə müddətini, büdcəsini, avtomobilə olan ehtiyacını nəzərə alır. Elektromobil seçərkən bu, yalnız qiymətə deyil, batareyanın keyfiyyətinə, zəmanətinə, servis imkanlarına, ehtiyat hissələrinin əlçatanlığına da diqqət edilməlidir. Çin istehsalı avtomobillərin hamısına eyni yanaşmaq da doğru deyil. Burada əsas məsələ markadan çox avtomobilin etibarlılığı və texniki təminatıdır. Vətəndaşlara tövsiyəm budur ki, tələsməsinlər. Avtomobili uzun müddətli və perpektivliliyini nəzərə alaraq və bazarı düzgün qiymətləndirərək seçmək lazımdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*