Tramp bu ölkəni təhqir etdi: “Norveçdən heç kimi istəmirəm”backend

Tramp bu ölkəni təhqir etdi: “Norveçdən heç kimi istəmirəm”

ABŞ prezidenti Donald Tramp Norveçə qarşı sərt ifadələr işlədərək bu ölkədən miqrant qəbul etmək istəmədiyini bildirib.

KONKRET.az xəbər verir ki, o, Nobel Sülh Mükafatının ona verilməməsindən narazılığını bir daha dilə gətirib və Norveçi təhqir edib.

Tramp oktyabrın 25-də Miçiqan ştatında keçirilən seçkiqabağı mitinqdə çıxışı zamanı Nobel Sülh Mükafatı ilə bağlı gözləntilərindən danışıb. Onun sözlərinə görə, həyat yoldaşına mükafatı alacağına əmin olduğunu bildirib, lakin nəticədə mükafat başqa bir şəxsə verilib.

“Mən dedim: ‘Birinci xanım, iki həftədən sonra Nobel mükafatını alacağam. Bu, böyük şərəf olacaq’”, – deyə Tramp çıxışında bildirib. O, mükafatı adını əvvəllər eşitmədiyi bir qadının aldığını iddia edərək narazılığını ifadə edib.

ABŞ prezidenti çıxışında Fransada baş verən iğtişaşlara da toxunub və onları miqrasiya məsələsi ilə əlaqələndirib. O, bəzi ölkələrdən miqrantları qəbul etməyə hazır olduğunu desə də, Norveçdən gələn miqrantları istəmədiyini vurğulayıb.

“Mənə Nobel mükafatı verilmədiyinə görə Norveçdən heç kimi istəmirəm”, – deyə Tramp bildirib.

O, bununla da kifayətlənməyərək Norveçi sərt şəkildə təhqir edib və ölkənin vəziyyətini alçaldıcı ifadələrlə xarakterizə edib.

Reuters-in məlumatına görə, hazırda ABŞ administrasiyasının Norveç vətəndaşlarına münasibətdə miqrasiya siyasətini dəyişəcəyini göstərən hər hansı əlamət yoxdur.

Qeyd edək ki, Tramp daha əvvəl də Haiti, Liviya, Somali və Yəmən kimi ölkələri təhqiramiz ifadələrlə xarakterizə edib. Norveç Xarici İşlər Nazirliyi və Nobel Komitəsi onun son açıqlamalarına münasibət bildirməyib.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*