Donbass ssenarisi Qarabağda gerçəkləşə bilərmi?! – ÖZƏL CAVABbackend

Donbass ssenarisi Qarabağda gerçəkləşə bilərmi?! - ÖZƏL CAVAB

“Soçi görüşü nə verdi?! Rusiya və Ermənistan üçün bu görüşün nəticəsi sıfır olaraq dəyərləndirilir. Azərbaycan üçün isə yenidən öz sözündən dönməmə, bir sözlə Əliyevin dediyi “Qarabağ müharibəsi Azərbaycan üçün tarixə qovuşub və münaqişə 2 il öncə bitib” ifadəsi 1:0 Azərbaycanın xeyrinə dəyərləndirir. Lakin bütün bunalara baxmayaraq Qarabağda gedən proseslər uzanmaqda davam edir və bu proseslərin uzanmasında maraqlı olan dövlət prosesi status-kvoda saxlamaq niyyətindədir”.

KONKRET.az üçün özəl şərhində bunları deyən politoloq Ramiyə Məmmədova bildirib ki, son hadisələrə baxdıqda Rusiyanın Qarabağdakı vəziyyəti öz xeyrinə dəyişməsi üçün əlindən gələni əsirgəmədiyi sezilir.

Soçi grüşündə Paşinyanın Rusiyanın istəyi ilə səsləndirdiyi təklif və istəklərin qəbul olunmadığını görən Rusiya bundan sora hansı addım atacağını hesablamağa başlayacaq:

“Putin öz çıxışında məyus vəziyyətdə bunu dilə gətirdi: “hələ ki bir nəticə ala bilmədik, lakin sülh sazişi üçün bəzi addımlar atıldı”. Hansı sülh sazişindən danışıldığını soruşmaq isə bizə düşər, çünki iki il ərzində buna doğru Azərbaycandan başqa heç bir dövlət maraqlı deyil. Nə Rusiyası, nə də Ermənistanı, üstəlik Qərb dövlətləri də. Ermənistan günahı hər zamankı kimi Azərbaycanda görür, Azərbaycan isə real olaraq Ermənstanda və onun havadarlarında. Lakin hər iki dövlətin arasında fırlanan Rusiyanın başqa məqsədi var, deyəsən, bu da Qarabağ məsələsini yenidən dondurmaq və bu vəziyyətdə bir növ Ukraynadakı Donbassa bənzətmək. Xankəndidə gedən mitinqlərin və orada səslənən şuarların, Rusiya bayraqlarının dalğalanmasının, Putinin şəkillərinin havaya qaldırılmasının arxasında duran məsələ Ermənistandan çox Rusiya üçündür”.

Çünki nə vaxtsa Donbass və Luqanskda gedən etiraz aksiyaları sonradan o regionların Rusiyaya birləşməsinə və rus pasportlarının verilməsinə gətirib. Politoloqun fikrincə, Xankəndində başlayan etirazların Donbass xarakteri alması rusların ağlındadır:

“Lakin Rusiya anlayır ki, Azərbaycan Ukrayna deyil və Ukraynanın arxasında dayanan yalançı Qərb yox, real əməl sahibi olan Şuşa bəyənnaməsinə imza atan Türkiyə var. Həmin o Türkiyə ki, Rusiya onu itirməyi gözə ala bilməz. Həmçinin bu gün bütün dünyadan təcrid olunan Rusiya üzünü Cənubi Qafqaza tutmaq məcburiyyətindədir və qabaqcıl dövlət olan Azərbaycanla da münasibətlərinin korlanması, əslində heç də Rusiyanın xeyrinə olmayacaq. Amma Putinin və ya onun Qarabağla bağlı siyasətini yürüdənlər orda gedən proseslərə göründüyü kimi adekvat qiymət verə bilmir və vəziyyəti getdikcə gərginləşdirir.

Hansısa Vardanyanı Qarabağa gətirərək orada yeni layihə olan Rusiya torpağının yaranmasına gələcəkdə nail olmaq Rusiya ücün heç də yaxşı nəticəyə gəlməyə bilər. Çünki bu dəfə başlayacaq hərbi əməliyyatlar təkcə Ermənistanın sonuna deyil, hətta Rusiyanın bölgədəki varlığını sual altında qoya bilər”.

Xanım politoloqun fikrincə, Türkiyə faktorunu unutmaq olmaz.

Anar Rəhimov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*