Kanada, Avstraliya, Almaniya və Hollandiya qərarlarını BMT Baş Assambleyasının iclasında rəsmən elan ediblər.
KONKRET.az xəbər verir ki, məhkəmə iddiası 1981-ci ildə qüvvəyə minmiş Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiyaya uyğun olaraq araşdırılacaq.
Əfqanıstanın Beynəlxalq Ədalət Məhkəməsinin dinləmələrinə qədər cavab vermək üçün altı ay vaxtı olacaq. Beynəlxalq Ədalət Məhkəməsinin yurisdiksiyasını qəbul edən ölkələrin onun qərarlarına əməl etməsi gözlənilir. Məhkəmədə iştirak edən ölkələr Talibanla danışıqlara hazır olduqlarını bildirirlər.
Rəsmiyyə Şərifova,
KONKRET.az