Nersisyan “dövlət naziri” vəzifəsini tutmaq təklifi alıb, lakin hələ qərar verməyib.
KONKRET.az xəbər verir ki, o, bu barədə erməni mediasına müsahibəsində deyib.
Qarabağdakı qondarma qurumun “baş prokuroru” Qurgen Nersisyan Ruben Vardanyanın “vəzifə”sini tutmaq təklifi alıb.
“Mənə təklif gəldi, amma hələ qərar verməmişəm”, – deyə Nersisyan bildirib.
Mətbuata görə, Qurgen Nersisyanın adı Soros çevrələri ilə bağlı hallanır. Bəziləri Nikol Paşinyanın da Nersisyanın təyinatını bəyənməsi kontekstində qeyd edirlər.
Xuraman Etibarlı,
KONKRET.az
