Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrası təmin ediləcəkdirbackend

Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrası təmin ediləcəkdir

Böyük Qayıdışa dair I Dövlət Proqramı və onun icrasını təmin etmək üçün müəyyənləşdirilmiş tədbirlər Azərbaycan xalqının, dövlətinin və Prezidentinin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarını yüksək inkişaf etmiş regionlara çevirmək istəyinin və əzminin ifadəsidir. 

KONKRET.az xəbər verir ki, Dövlət Proqramında öz əksini tapan prioritet fəaliyyət istiqamətlər üzrə bır sıra  tədbirlərin həyata keçirilməsində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin də əsas və əlavə icraçı kimi iştirakı nəzərdə tutulub.

Ümumiyyətlə, komitə Böyük Qayıdışa dair I Dövlət Proqramı və onun Tədbirlər Planında qarşıya qoyulmuş vəzifələrin vaxtında və tələb edilən səviyyədə icrasına əvvəlcədən ciddi hazırlıq görüb, müvafiq fəaliyyətlər üzrə texniki-təşkilati baza yaradılması istiqamətində zəruri iş aparıb.

Dövlət Komitəsi respublikanın müxtəlif bölgələrində müvəqqəti məskunlaşmış məcburi köçkünlər arasında sorğu keçirir,  doğma yurda qayıdacaq ailələrin sayının dəqiqləşdirilməsi, onların sosial vəziyyətinin və məşğulluq imkanlarının qiymətləndirilməsi üçün zəruri tədbirlər görür, əhali arasında məlumatlandırma, təbliğat işləri aparır, köçürülmənin texniki-təşkilati məsələləri ilə məşğul olur.

Sorğuda iştirak etmiş məcburi köçkünlərin böyük əksəriyyəti doğma yurda qayıtmaq niyyətində olduqlarını bildirib. Sorğu zamanı məcburi köçkünlərin fərdi məlumatları, məşğulluq imkanları öyrənilir, əldə edilmiş məlumatlar Dövlət Komitəsinin vahid elektron-məlumat bazasına daxil edilir.

Əminliklə demək olar ki, Dövlət Proqramının icrası məcburi köçkünlərin doğma yurda geri qaydışını sürətləndirəcək, işğaldan azad edilmiş ərazilərin tezliklə dirçəldilməsinə, respublikanın sosial-iqtisadi həyatına inteqrasiyasına əlverişli şərait yaradacaqdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*