Dövriyyəyə 500 manatlıqlar buraxılıb? – RƏSMİ AÇIQLAMAbackend

Dövriyyəyə 500 manatlıqlar buraxılıb? - RƏSMİ AÇIQLAMA

Sosial şəbəkələrdə Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən dövriyyəyə 500 manatlıq əskinasların buraxıldığına dair məlumatlar yayılıb. İstifadəçilər hətta əskinasın fotosunu da ictimailəşdiriblər.

KONKRET.az bildirir ki, məsələ ilə bağlı AMB-nin mətbuat xidmətinin rəhbəri Namiq Əliyev Modern.az-ın sorğusuna cavab olaraq, faktı təsdiqləməyib:

“AMB tərəfindən dövriyyəyə 500 manatlıq əskinaslar buraxılmayıb və buraxılması da gündəmdə deyil”.

N.Əliyevin sözlərinə görə, 2021-ci ilin əvvəlindən tədavülə dizaynı və mühafizə sistemləri mövcud konsepsiya çərçivəsində yenilənmiş 1, 5 və 50 manatlıqların buraxılması elan edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*