“Dünən azərbaycanlılar Xocavənddə 60 hektara yaxın ərazini zəbt edib” – Ovsepyandan SƏRSƏMLƏMƏbackend

"Dünən azərbaycanlılar Xocavənddə 60 hektara yaxın ərazini zəbt edib" - Ovsepyandan SƏRSƏMLƏMƏ

“Dünən azərbaycanlılar Teğ kəndinin 60 hektara yaxın ərazisini zəbt ediblər”.

KONKRET.az xəbər verir ki, bu barədə erməni mediasına Xocavəndin Teq kənd icmasının rəhbəri Arqam Ovsepyan deyib.

“Səhər saatlarından xəbərlər alırıq ki, Azərbaycan Silahlı Qüvvələri dünəndən başlayaraq bir neçə kilometr irəliləyib. Teğ kəndinin kənarına çatıb, hektarlarla əraziləri nəzarətə götürüblər.

Bizdən heç kim onlara mane olmağa çalışmayıb. Onlar mühəndislik işləri aparmağa, yeni işğal olunmuş ərazilərdə mövqe tutmağa başlayıblar. Azərbaycanlılar artıq yol nişanlarını dəyişirlər.

Hesablamalara görə, azərbaycanlılar Teğ kəndində 60 hektar torpaq zəbt ediblər. Postlarını yerləşdirəndən sonra Gorus-Xankəndi yolunu bağladılar”, – deyə Ovsepyan yanıb-tökülüb.

Xuraman Etibarlı,

KONKRET.az

  • Vüqar
    Mart 30, 2023 - 18:17

    Çox həyasız canlıdırlar.bax gör nə ilə mübarizə aparırıq.

  • Edik
    Mart 31, 2023 - 18:14

    Biz nə qədər sadə olsaq bu məxluqlar bizimlə belə edərlər.Yolda bizdə nəzarət olmasa bu özbaşınalıq olacaq.Hərəkətlərimizdə qəti olmalıyıq.Bizim halalca torpaqlarımızdır.

  • Mirzə
    Aprel 1, 2023 - 08:22

    Xoşluqla başa düşməməyin sonu
    belə olur də, ay nadan erməni!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*