Dünya bazarında neftin qiymətibackend

Dünya bazarında neftin qiyməti

Dünya bazarında neftin qiymət artımı davam edir.

KONKRET.az xəbər verir ki, “Brent” markalı neftin mart fyuçersləri bahalaşaraq 54,02 ABŞ dollarına çatıb.

WTI markalı neftin fyuçersləri də 0,5% bahalaşaraq, 50,26 ABŞ dollarına satılıb.

Qeyd edək ki, dünən OPEC+ ölkələrinin fevral ayındakı hasilata dair qərarı ərəfəsində neft qiymətləri artmağa başlayıb.

Ötən gün Bakı vaxtı ilə saat 15:05-ə olan vəziyyətə görə, “Brent” markalı neftin mart fyuçersləri 1,17 faiz bahalaşaraq 51,69 ABŞ dollarından, WTI markalı neftin fevral fyuçersləri də 1,26 faiz bahalaşaraq 48,22 ABŞ dollarından satılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*