Dünya bazarlarında neft və təbii qaz ucuzlaşdıbackend

Dünya bazarlarında neft və təbii qaz ucuzlaşdı

İCE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin yanvar müqaviləsinin dəyəri 0,91% azalaraq 1 barelə görə 61,94 dollar təşkil edib.

KONKRET.az-ın məlumatına görə, Nyu Yorkun NYMEX əmtəə birjasında dekabrda ixrac etməklə WTİ markalı neftin 1 barelinin dəyəri 0,87% azalaraq 56,74 dollar təşkil edib.

Nyu Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti azalıb. Dekabrda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 3,26% azalaraq 2,70 ABŞ dolları təşkil edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*