Dünya birliyinin dəstəyinə ehtiyacımız var – Banqladeşin xarici işlər naziribackend

Dünya birliyinin dəstəyinə ehtiyacımız var - Banqladeşin xarici işlər naziri

Banqladeş dövlət quruculuğunda beynəlxalq ictimaiyyətin dəstəyinə və əməkdaşlığına ehtiyac duyacaq.

KONKRET.az xəbər verir ki, bunu respublikanın müvəqqəti hökumətinin xarici işlər naziri Touhid Hüseyn deyib.

“Milli dövlət quruculuğu səylərimizin bir hissəsi kimi beynəlxalq ictimaiyyətin dəstəyinə və əməkdaşlığına ehtiyacımız var. Müvəqqəti hökumət formalaşdıqdan sonra beynəlxalq tərəfdaşlarımızın müsbət və konstruktiv bəyanatlarını yüksək qiymətləndiririk”, – deyə nazir qeyd edib.

O bildirib ki, respublikanın yeni hakimiyyət orqanları bütün ölkələrlə dostluq münasibətlərini qarşılıqlı hörmət və ümumi maraqların anlaşması ruhunda inkişaf etdirəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*