Dünyaca məşhur model bacılar- Fələstin əsilli Bella və Gigi Hadidlər Kim Kardaşyanı instagram üzərindən izləmədən çıxıblar.
KONKRET.az xəbər verir ki, ABŞ-da yaşayan müsəlman bacılar Kim Kardaşyan ermənilərə dəstək videosu paylaşandan və twitterdə terroru dəstəkləməyinə görə gündəm olandan sonra bu addımı atıblar. Qeyd edək ki, hazırda ölkəmiz twitter üzərindən #stoparmenianaggression #prayforganja həştəqləri ilə gündəmdədir.