Dünyada ilk dəfə bu ölkənin futbol çempionatı bərpa olundubackend

Dünyada ilk dəfə bu ölkənin futbol çempionatı bərpa olundu

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Futbol üzrə Türkmənistan çempionatı bərpa olunub.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, 4-cü turun açılış matçında “Altın-Asır” – “Kopetdağ” görüşü baş tutub.

Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. Bu, dünyada koronavirus pandemiyası dövründə yenidən başlayan ilk çempionatdır.

Türkmənistan Futbol Federasiyası martın 24-də bütün yarışları təxirə salmışdı.

Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar dünyanın əksər ölkələrində yarışlar dayandırılıb. Hazırda Belarus, Tacikistan, Nikaraqua və Tayvanda çempionatlar keçirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*