“Dünyada qlobal aclıq olacaq” – Almaniyalı nazirdən SENSASİON AÇIQLAMAbackend

"Dünyada qlobal aclıq olacaq" - Almaniyalı nazirdən SENSASİON AÇIQLAMA

“Ukraynadakı vəziyyətə görə dünyada qlobal aclıq ola bilər”.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Almaniyanın xarici İşlər naziri fikir səsləndirib.

Annalena Berbok bildirib ki, Ukraynadakı münaqişə planetdə qlobal qıtlığa səbəb ola bilər. O, bu məsələdə Rusiyanı günahlandırmaqdan da çəkinməyib:

“Rusiyanın atdığı addımlar səbəbindən tədarüklər dayandırılır, qiymətlər bütün dünyada kəskin şəkildə yüksəlir. Şiddətli aclıq təhlükəsi var”, – o vurğulayıb.

Burbok əlavə edib ki, ərzaq ixracının blokadası hibrid müharibənin bir hissəsidir. Rusiya isə yeni böhranlar üçün zəmin yaradır.

Almaniyalı nazir belə davam edəcəyi təqdirdə dünyada İqlim və qida böhranının daha da dərinləşəcəyini diqqətə çatdırıb.

Xatırladaq ki, Almaniyanın qida təşkilatları da ölkədə ərzaq qıtlığı riski ilə bağlı xəbərdarlıq ediblər. Ukraynadakı böhranın və anti-Rusiya sanksiyalarının xammalın daha da bahalaşmasına səbəb olduğunu vurğulayıblar.

Müşviq Tofiqoğlu,

KONKRET.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*