AFFA-nın keçirdiyi liqada biabırçılıq – VİDEObackend

AFFA-nın keçirdiyi liqada biabırçılıq – VİDEO

AFFA U-15 liqasında keçirilən “Araz Bakı” – İCBFA oyunu biabırçılıqla yadda qalıb.

KONKRET.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, ötən gün baş tutan matçın keçirildiyi meydançanı yağışdan sonra su basıb.

Topun hərəkət etməməsinə baxmayaraq hakim qarşılaşmanı davam etdirib. Ev sahibi komanda 2:1 hesablı qələbəyə sevinib.

Lakin qarşılaşmanın bu durumda keçirilməsi böyük müzakirə yaradıb.

Ot örtüyünün bərbad olması ilə yanaşı su basmış meydançada matçın keçirilməsi etiraza səbəb olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*