Fransada səfərdə olan Slovakiya Prezidenti Peter Pelleqrinin Yelisey Sarayında qarşılanma mərasimi zamanı fəxri qarovulun əsgərlərindən biri huşunu itirərək yıxılıb.
KONKRET.az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.
Məlumata görə, əsgər yıxılan kimi Fransa Prezidenti Emmanuel Makron və digər rəsmi şəxslər əsgərə kömək etmək üçün ona yaxınlaşıb.
Fransa mətbuatı isə yazır ki, həmin an yıxılan əsgərin ardınca başqa bir əsgər də huşunu itirərək yıxılıb. Amma ikinci əsgərin yıxılma anı kadrlara düşməyib.
