6 min məktəbdə bomba təhdidi: Dərslər dayandırıldıbackend

6 min məktəbdə bomba təhdidi: Dərslər dayandırıldı

İtaliyada təxminən 6 min məktəbə bomba təhlükəsi ilə bağlı hədələyici məktublar göndərilib.

KONKRET.az axaraz-a istinadən xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.

Məlumata görə, təhdid məktubları noyabrın 11-də daxil olub.

Bir çox məktəbdə dərslər dayandırılıb və şagirdlər evə buraxılıb. Baş nazir Corciya Meloni təcili müşavirə keçirib. İtaliya hakimiyyəti təhdidləri əsassız hesab edib. Buna baxmayaraq, məktubların göndərilməsi ölkənin müxtəlif bölgələrində təhsil müəssisələrinin fəaliyyətini pozub.

Oxşar məzmunlu təhdid məktubları İrlandiya, Şimali İrlandiya və Şotlandiyadakı məktəblərə də göndərilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*