Dünyadakı bütün qızılın 11%-i HİNDİSTANLI QADINLARDADIRbackend

Dünyadakı bütün qızılın 11%-i HİNDİSTANLI QADINLARDADIR

Hindistan adambaşına gəlir baxımından kasıb ölkə sayılsa da, bu, ev sahibələrinə aid deyil. Hər halda onların qızıl şəklində böyük sərvəti var.

KONKRET.az xəbər verir ki, ekspertlərin qiymətləndirmələrinə görə, dünyada mövcud olan qızıl ehtiyatının təqribən 10%-i hindistanlı qadınlara məxsusdur.

Bəzək içərisində üzən hind qadınlarına baxanda adama elə gəlir ki, onlar bijuteriyadan istifadə edirlər. Amma bu belə deyil: hindistanlı qadınlardakı bəzək əşyaları 23 karatlıq 958 əyarlıq qızıllardan hazırlanıb.

Hind qadınları qızıl əşyalarını toy hədiyyəsi, uşağın doğulmasına və çoxsaylı bayramlara görə alırlar.

Qızıl bəzəklər nəsildən nəsilə ötürülür və nəticədə onların həcmi bir neçə kiloqramadək çatır.

Son hesablamalara əsasən, dünyanın bütün qızıl ehtiyatının 11 faizi hindistanlı qadınlardadır. Bu təqribən 18 min ton qızıl deməkdir. Qeyd edək ki, dünyada bütün dövrlərdə hasil edilən qızılın ümumi həcmi 189 min tondan artıqdır.

Hind qadınlarının malik olduğu qızılın həcmi ABŞ, Beynəlxalq Valyuta Fondu, İsveçrə və Almaniyanın ümumi ehtiyatlarından artıqdır.

Hər il Hindistan 700 ton qızıl istifadə edir ki, bu da Çindən sonra dünyada ikinci göstəricidir.

Bununla yanaşı, qeyd etmək lazımdır ki, Hindistanın dövlət olaraq rəsmi qızıl ehtiyatları cəmi 787 ton təşkil edir.//Fed.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*