Sudanda ordu ilə yarımhərbiləşdirilmiş Sürətli Dəstək Qüvvələri (HDK) arasında bir ildir davam edən vətəndaş müharibəsi səbəbindən təhsil və səhiyyə sistemi tamamilə dayanıb.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, BMT-nin fevral hesabatına görə, köçkünlərin sayı 8,1 milyona, həyatını itirən mülki şəxslərin sayı ən azı 13 min 900 nəfərə, yardıma ehtiyacı olanların sayı isə 24,8 milyona çatıb. Müharibənin uzanmasına və humanitar vəziyyətin pisləşməsinə baxmayaraq, Sudan beynəlxalq ictimaiyyətin gündəmində deyil. Bölgədəki işlərini davam etdirən İHH Humanitar Yardım Vəqfi Sudan Nümayəndəliyinin məsul şəxsi Faruk Erkılıç deyib ki, “Sudanlıların yüzdə 80-dən çoxu səhiyyə xidməti ala bilmir və təhsil sistemi tamamilə dayanıb. Yemək əldə etmək və normal həyata davam etmək çox çətindir. 19 milyon uşaq təhsil ala bilmir. Xüsusilə qadınlar və uşaqlar təhlükəli mühitdədirlər. Proses öz ciddiliyini günü-gündən artırır. Epidemik xəstəliklər var”.
Xroniki xəstəlikləri olan insanların müalicə ala bilmədiyi üçün dünyasını dəyişdiyini ifadə edən Erkılıç qeyd edib ki, “Səhiyyə sistemi çökdüyü üçün xəstəlik halları pik sürətlə artır. Böhran bölgələrində çox ağrılı səhnələr var. Ümumdünya Ərzaq Proqramının (ÜST) fevral hesabatlarına görə, 11 ştatın 60 bölgəsində 10 min 730 vəba xəstəsi qeydə alınıb və 296 nəfər bu xəstəlikdən ölüb. Təhlükəsizlik, talan halları, bürokratik əngəllər, yanacaq çatışmazlığı və şəbəkə problemləri səbəbindən humanitar yardımın bölgələrə çatması çətinləşir”.
Günel Mikayılova,
KONKRET.az