İndoneziyanın paytaxtı Cakarta havanın keyfiyyətinə görə dünyanın ən çirkli şəhərləri siyahısına başçılıq edir.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, reytinq İsveçrənin “IQAir” şirkəti tərəfindən tərtib edilib.
Belə ki, İndoneziyanın paytaxtı bir həftə ərzində Ər-Riyad, Doha və Lahor daxil olmaqla, digər ağır çirklənmiş şəhərləri üstələyib.
Tədqiqatçıların fikrincə, Cakartada demək olar ki, hər gün hava çirkliliyi qeydə alınır.
Paytaxt sakinləri uzun müddətdir ki, nəqliyyatdan, sənaye tüstüsündən və kömürlə işləyən elektrik stansiyalarından şikayətlənirlər.
“Avtomobillərin çoxluğunu, tıxacları və tüstüsünü nəzərə alsaq, zaman keçdikcə çirklənmə daha da pisləşir”, – deyə yerli sakin şikayət edib.
Qeyd edək ki, 2021-ci ildə bir neçə Cakarta sakini hökumətin hərəkətə keçməsini tələb edən mülki iddialar qaldırıb və qalib gəlib. Məhkəmə Prezident Coko Vidodonun insanların sağlamlığını qorumaq üçün hava keyfiyyəti standartlarını müəyyən etməli olduğuna qərar verib.
Rəsmi məlumatlara görə, bu il Cakartada 8 minə yaxın insan çirkli havadan ölüb.
İqbal Rzayev,
KONKRET.az
