Dünyanın ən məşhur hakerlərindən biri olan Kevin Mitnik 59 yaşında Las-Veqasda vəfat edib.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə onun işlədiyi şirkətin nümayəndələri bildirib.
Qeyd olunub ki, haker iyulun 16-da vəfat edib.
Məlumata görə, K.Mitnik Birləşmiş Ştatlarda çoxsaylı hüquqi problemlərlə üzləşib və Federal Təhqiqatlar Bürosunun (FTB) ən çox axtarılan kibercinayətkarlar siyahısına düşən ilk haker olub.
Bildirilib ki, o, əvvəllər “Motorola”, “Nokia” və “Sun Microsystems” kimi iri şirkətlərin kompüter sistemlərini sındıraraq onlara milyonlarla dollar zərər vurub.
Media Mitnikin korporativ kompüter şəbəkələrini sındırdığı üçün təxminən dörd il həbsdə yatdığını yazır. O, 2020-ci ildə həbsdən azad edilib və təhlükəsizlik məsləhətçisi kimi karyerasını davam etdirib, kitablar yazıb, mühazirələr oxuyub.
İqbal Rzayev,
KONKRET.az
