Duru yağlar 2 dəfə bahalaşdı – VİDEObackend

Duru yağlar 2 dəfə bahalaşdı - VİDEO

Gündəlik tələbat mallarından olan duru yağların qiymətində artım var. Müşahidələr göstərir ki, bu yağların qiyməti iki ay əvvəllə müqayisədə elə ikiqat artıb.

KONKRET.az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, satıcılar da bu faktı təsdiqləyirlər. Onlardan bəziləri qiymət artımının 4-5 manat, bəziləri isə ümumilikdə 20-50 faiz olduğunu deyirlər.

Satıcılar qiymət artımının alıcılıq qabiliyyətinə ciddir təsir etdiyini deyirlər.

Qiymət artımı alıcıları narazı salıb.

Ekspertlər bahalaşmaya səbəb kimi Rusiya-Ukrayna müharibəsini göstərirlər. Bildirilir ki, yerli istehsal olan duru yağların da xammalı əsasən Ukraynadan gətirilir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialda:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*