Ermənistan silahlı qüvvələri Tərtər rayonunun yaşayış qəsəbəsini atəşə tutub.
KONKRET.az “Report”a istinadən xəbər verir ki, düşmən saat 10 radələrindən başlayaraq, artilleriyadan istifadə etməklə rayonun Şıxarxı qəsəbəsinə bir neçə top mərmisi atıb.
Sakinlər bildiriblər ki, ermənilər oktyabrın 31-i gecə saatlarında da Şıxarxı qəsəbəsini atəşə tutublar. Atəş zamanı yaşayış evlərinə ziyan dəyib, xoşbəxtlikdən ölən və yaralanan olmayıb.
