Düyünün qiyməti son 15 ilin ən yüksək səviyyəsinə qalxdı – FOTObackend

Düyünün qiyməti son 15 ilin ən yüksək səviyyəsinə qalxdı - FOTO

Asiyada düyünün qiyməti 2008-ci ildən bəri ən yüksək səviyyəyə qalxıb

KONKRET.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Qeyd olunur ki, bu əsas məhsulun qlobal tədarükü ilə bağlı artan narahatlıqlar fonunda qiyməti 2008-ci ildən bəri ən yüksək səviyyəyə qalxıb.

Tailandda düyü istehsalına mane olan quraq hava şəraiti və məhsulun əsas tədarükçüsü olan Hindistandan gələn xəbərlər fonunda qiymətlər yüksəlir. Bundan əvvəl Yeni Dehli düyü ixracına qadağa qoyub.

Tailland Düyü İxracatçıları Assosiasiyasının məlumatına görə, ağ düyününün qiyməti 5% artaraq bir ton üçün 648 dollar olub. Qiymətlərin kəskin artması inflyasiya təzyiqlərini və alıcılar üçün idxal ödənişlərini artıra bilər.

FIG.1

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*